Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
09.05.2021 23:12 Mədəniyyət

Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi

Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

"MediaPost" xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.

"Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş daha bir sənətkarımızı - Zöhrə Abdulla qızı Abdullayevanı səhhəti ilə əlaqədar yenə də olaraq xəstəxanaya yerləşdirdik", - o bildirib.

Xatırladaq ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb.

Xəbərlər şöbəsi

Gündəm