"Zombi Angelina Coli" də koronavirusa yoluxdu - FOTO
17.04.2020 11:22

"Zombi Angelina Coli" də koronavirusa yoluxdu - FOTO

"MediaPost" xəbər verir ki, İran İnsan Haqları Mərkəzi F.Kişvəndin Tehrandakı xəstəxanalardan birində karantinə götürüldüyünü elan edib.

İran insan hüquqları üzrə müvəkkil Payam Dərafşan məsələ ilə bağlı yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib.

F.Kişvəndın qaldığı "Shahr-e Rey" həbsxananın müdiri ittihamları rədd edərək femomenin koronavirusa yoluxmadığını deyib. Ombudsman cəzaçəkmə müəssisəsinin müdirini mövcud vəziyyəti etiraf etməyə çağırıb.

Xatırladaq ki, Sahar Tabar adı ilə tanınan Fatma Kişvənd tanınmış aktrisa Ancelina Coliyə bənzəmək üçün 50-yə yaxın plastik əməliyyat keçirib.

Bloger daha sonra sosial şəbəkələrdə yayılan görüntüsünün fotoşop və makyajla yaradıldığını deyib. O, gəncləri dəliliyə və korrupsiyaya təşviq etmək, qeyri-qanuni gəlir qazanmaq ittihamları ilə həbs edilib.

Xəbərlər departamenti

Gündəm